Bakı Sumqayıt yolunda qəza: xəsarət alanlar var - FOTO

Bakı Sumqayıt yolunda qəza: xəsarət alanlar var - FOTO
11:47 16 Fevral 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb. 

Həsənəli Şamxal Həsən oğlu idarə etdiyi "Geely" markalı nəqliyyat vasitəsilə Xırdalan qəbistanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Ş.Həsənəli və sərnişin xəsarət alıb. 

Sürücünün APA-ya verdiyi məlumata görə, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb. 

Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/826350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR