Zərif Avropaya çağırış etdi

Zərif Avropaya çağırış etdi
13:27 16 Fevral 2020
306 Dünya
Ölkə mətbuatı
A- A+

İran Xarici İşlər naziri Cavad Zərif Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.

Milli.Az bildirir ki, APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif Avropanın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində öhdəliklərini yerinə yetirməyə qayıtmasının problemin yeganə həll yolu olduğunu bildirib.

İran XİN rəhbəri bu halda Tehranın da HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina etməsi prosesini dayandıracağını vurğulayıb: "Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə, Tehran HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR