Qaqarinin Ermənistandakı avtomobilini bəyənib almadılar

Qaqarinin Ermənistandakı avtomobilini bəyənib almadılar
17:42 16 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin 1961-ci ilin 14 aprelində kosmosdan qayıtdıqdan sonra gəzdiyi əfsanəvi ZİL-111V əfsanəvi avtomobilini alan tapılmayıb.
Bu barədə “Report” “Life”a istinadən xəbər verir.
Qeyd edilir ki, bununla bağlı hərrac Moskvada "Litfond"da keçirilib. Avtomobilin ilkin qiyməti 2 900 000 ABŞ dolları olub. Hərracda qeyd edilib ki, ZİL-111V uzun müddət Ermənistanda qarajda saxlanılıb. Avtomobil heç vaxt rənglənməyib və onun bütün avadanlıqları saz vəziyyətdədir. Buna baxmayaraq avtomobili alan olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/qaqarinin-ermenistandaki-avtomobilini-beyenib-almadilar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR