"Qarabağ"ın 1200-cü qolunu vurdu

"Qarabağ"ın 1200-cü qolunu vurdu
21:37 16 Fevral 2020
206 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turunda baş verib. "Zirə" ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.

Xatırladaq ki, "Qarabağ"ın ilk qolu 1992-ci ildə Sabirabad "İnşaatçı"sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR