Bakıda film kimi reyd: polisə tabe olmayan sürücü qorxulu anlar yaşatdı - REAL GÖRÜNTÜ - VİDEO

Bakıda film kimi reyd: polisə tabe olmayan sürücü qorxulu anlar yaşatdı - REAL GÖRÜNTÜ - VİDEO
14:12 17 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıblar. Milli.Az APA TV-yə istinadən xəbər verir ki, təşkil olunan reyddə 100-ə yol patrul xidmətinin əməkdaşı iştirak edib. Reyd Bakının bütün rayonlarını əhatə edib.

Məqsəd isə avtomobillərdə edilən qanunsuz dəyişikliklər və sərxoş sürücülərin aşkarlanması olub. Reyd zamanı yol polisi tərəfindən çox ciddi qanun pozuntuları aşkarlanıb.

Paytaxtda icazəsinə verilən müddətin bitməsinə baxmayaraq qanunsuz olaraq, pərdə, jalüz və plyonkadan istifadə edən sürücülərə rast gəlinib. Həmin sürücülər saxlanılıb, maşında olan pərdə, jalüz və plyonkalar söküldükdən sonra cərimələniblər.

Reyd zamanı avtomobilin konstruksiyasını dəyişərək qanunsuz səsboğuculardan və işıqlardan istifadə edən sürücülər saxlanılaraq cərimələnib, maşınları isə müvafiq qaydada cərimə meydançasına aparılıb.
YPX əməkdaşı Səxavət Əliyev bildirib ki, yol nişanlarının tələbini kobudcasını pozaraq, qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb olunublar. Polis əməkdaşları həmin sürücüləri müəyyən edərək onlar barəsində inzibati protokol tərtib ediblər.

Reyd zamanı yol polisinin qanuni "Dur!" əmrinə tabe olunmadan qaçan və yolda qəza vəziyyəti yaradan avtoxuliqanlar da saxlanılıblar.

Paytaxtın Yasamal rayonu ərazisində yol polisinin "Dur!" əmrinə tabe olmayan "90 FS 036" dövlət nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü qorxulu anların yaşanmasına səbəb oldu.

Belə ki, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü təhlükəli manevrlər edərək dəfələrlə qəza şəraiti yaradıb. Polisdən qaça biləcəyini zənn edən sürücü dəfələrlə ara küçələrə girərək gözdən itməyə cəhd göstərib. Lakin sürücünün saxlanılması üçün əlavə polis qüvvəsi cəlb olunub.

Yalnız sürücünü yaşadığı binanın həyətinə girən zaman durdurmaq olub. Maşını saxlayan gənc cəld evlərinə qaçıb. Buna baxmayaq polis əməkdaşları onu tuta biliblər.

Saxlanılan gəncin yaxınları ilə polis arasına mübahisə yaranıb. Qaçarkən yıxılaraq başından kiçik xəsarət alan gəncə çağırılan təcili yardımda müdaxilə edilib.

"Avtoxilqan"ı saxlayan yol polisinin səhhəti də qəfil pisləşib. Gülhüseyn Əliyev dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yol polisinə ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, reyd zamanı 45-ə yaxın sərxoş sürücü, 7 avtoxuliqan saxlanılıb.

BŞDYPİ-dən verilən məlumata görə, bu tipli reydlər bir neçə gün davam etdiriləcək.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR