NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib - FOTO

NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib - FOTO
08:52 17 Fevral 2020
Ölkə mətbuatı
A- A+

NASA "İnstaqram"da orbitdən çəkilmiş gümüşü buludların fotolarını yerləşdirib.

"Bu buludları yalnız günəş üfüqdə batarkən onları işıqlandırdıqda görmək olar", - NASA izah edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəkillər Beynəlxalq Kosmik Stansiyadan yer səthindən təxminən 433 kilometr hündürlükdə Sakit okeanın cənub hissəsi üzərindən çəkilib.

Qeyd olunur ki, gümüşü buludlar planetimizin atmosferində ən yüksəkdə olanlarıdır. Onlar yerdən 76-85 kilometr hündürlükdə mezosfer qatında əmələ gəlirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR