“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır
10:07 17 Fevral 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Konteyner” MMCi Avropadakı əlaqələrini genişləndirir.
Bu barədə “Report”a olan şirkətdən bildirilib.
Məlumata görə, şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb. Görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.
Qeyd edilib ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatlatın toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi basasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun “Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.
Görüşdə ,həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ady-konteyner-rail-cargo-macaristan-la-emekdasliga-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR