Əməkdar artistin sürprizi həyat yoldaşını ağladıb

Əməkdar artistin sürprizi həyat yoldaşını ağladıb
12:05 17 Fevral 2020
224 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mirnazim Əsədullayev və oğlu Toğrul Əsədullayev İTV-də yayımlanan "Fatehin divanı" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı kamança ifaçısı olan Toğrul ailəsi haqda danışarkən "Mən də, qardaşım da pullu təhsil alırdıq. Buna görə həmin dönəm də evimizdəki qiymətli əşyalar satışa çıxarıldı" sözlərini işlədib.

Bu zaman atası M.Əsədullayev həyat yoldaşı ilə olan maraqlı tarixçəsindən söz açıb:

"Evdə bir qiymətli üzük var idi, onu satmağa məcbur oldum. Ürəyimdə yara qaldı ki, bu vaxtadək evdən heç nə satmamışdım. Dedim ki, bunu yerinə qoymalıyam. Üstündən 20 il keçdi. Köhnə univermağa gəldim. Dedim ki, bir üzük üçün gəlmişəm. Dedilər ki, bilirik hansı üzüyü istəyirsən. Sənin o üzüyünə görə vitrindəki bütün məhsulları bir dəfəyə alıblar. Dedim ki, bəs o üzükdən sizdə var? "Yox" cavabı verdilər. Dedilər ki, üzüyün adı "Kiyevski melodiya"dır, başqa məkanda var. Gedib üzüyü tapdım, şəklini çəkib zərgər dostuma göndərdim. Bir gün restoranda yığışdıq. Gül düzəltdirdib ona təqdim etdim. Həyat yoldaşım ağladı. Dedim ki, bu üzük sənin əskik olan qızılın idi".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/826532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR