Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb
15:07 17 Fevral 2020
182 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan bəyanatında deyilir.
Bildirilir ki, Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2021-ci il fevralın 28-dək uzatmaq qərarına gəlib.
Sənəddə izah olunur ki, Brüssel silah və polis xüsusi texnikası təchizatına embarqonun, həmçinin belaruslu dörd təhlükəsizlik işçisinə qarşı viza məhdudiyyətlərinin müddətini 1999-2000-ci illərdə iki müxalif siyasətçi, bir iş adamı və bir jurnalistin sirli şəkildə yoxa çıxmasının səbəbinin araşdırılıb tapılmamasına görə uzadıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ai-belarusa-qarsi-sanksiyalarin-muddetini-daha-bir-il-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR