Paşinyan nokauta düşdü, bütün dünya bildi ki... - Şərh

Paşinyan nokauta düşdü, bütün dünya bildi ki... - Şərh
15:23 17 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debata ciddi şəkildə ehtiyac var. Çünki Azərbaycan və erməni cəmiyyətləri münaqişənin nizamlanmasındakı detallarla, münaqişənin reallıqları ilə əlaqədar məlumatlara malik olurlar. Dünya ictimaiyyəti Azərbaycan və Ermənistanın münaqişənin nizamlanması ilə əlaqədar mövqeyini bilmiş olur.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov Azərbaycan və Ermənistan liderləri arasında Münhendə keçirilən debatla bağlı danışarkən deyib.

“Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın mövqeyini ortaya qoydu. Dövlət başçısı tarixin Azərbaycanın yanında olduğu və beynəlxalq hüquqdan sitatlar gətirərək münaqişənin nizamlanmasında ermənilərin əslində işğalçılıq sifətini göstərdi. Həm erməni ekspertləri, həm də dünyanın ayrı-ayrı politoloqları tərəfindən Ermənistan Baş naziri Nikol Paşinyanın nokauta düşürülməsi ilə bağlı çıxışların da şahidi olduq. Hər bir halda dünya ictimaiyyəti bilmiş oldu ki, Azərbaycan üçün problemin həlli mərhələli şəkildə ətraf rayonların qaytarılması, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsidir. Daha sonra isə Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bötövlüyü şəkildə qəbul edilməsidir”, - politoloq bildirib.

Samir Soltanov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR