Mədəniyyət və Turizm Nazirliyi Madriddə keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq

14:17 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:11 ]


Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi yanvarın 28-dən fevralın 1-dək Madriddə keçiriləcək FİTUR beynəlxalq turizm sərgisində Azərbaycanı təmsil edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, sərgiyə nazirliyin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun rəhbərliyi ilə nümayəndə heyəti qatılacaq.

 

FİTUR beynəlxalq turizm sərgisi ekspozisiya sahəsinin genişliyinə və iştirakçıların sayına görə dünyanın ən böyük sərgilərindən biri hesab olunur. Sərgi çərçivəsində Dünya Turizm Təşkilatının silsilə tədbirləri, o cümlədən “Mükəmməllik və yenilik” mükafatının təqdimatı, alış-veriş turizm konfransı, Afrika üzrə VI turizm investisiya və biznes forumu keçiriləcək.

 

Qeyd edək ki, sərgidə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, turizm şirkətləri və mehmanxanalar da təmsil olunacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR