Bu dairələrin nəticələri DSK-ya göndərildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 46 saylı Şirvan seçki dairəsi ,88 saylı Göyçay seçki dairəsi, 12 saylı Qaradağ–Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Metbuat.az xəbər verir ki həmçinin 86 saylı İsmayıllı seçki dairəsi, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü seçki dairəsi, 9 saylı Binəqədi ikinci seçki dairəsi ilə bağlı şikayətlərə də baxılıb.

Sonda həmin şikayətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR