"Sosial şəbəkələrdə 68 DSK ilə bağlı 385 video var"-

Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır:

“Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR