Uels millisi Bakıya gəlməmişdən bir həftə öncə Hollandiyaya gedəcək

Uels millisi Bakıya gəlməmişdən bir həftə öncə Hollandiyaya gedəcək
17:07 17 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Uels millisi AVRO-2020-nin Bakıda İsveçrə ilə keçirəcəyi oyunundan bir həftə əvvəl yoldaşlıq oyununa çıxacaq. 
"Report" "Walesonline" nəşrinə istinadən xəbər verir ki, Rayan Giqqzin baş məşqçi olduğu komanda iyunun 6-da Rotterdamda Hollandiya yığması ilə üz-üzə gələcək.
Uels martın 27-də Avstraliya ilə, martın 30-da isə ABŞ-la yoldaşlıq matçlarında qüvvəsini sınayacaq. Hər iki görüş Kardiffdə olacaq.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.                     

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uels-bakiya-gelmemisden-bir-hefte-once-hollandiyaya-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR