Bu qəza ürəkləri parçaladı: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı

Bu qəza ürəkləri parçaladı: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı
14:17 17 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri - arvadı Aliyə və qaynanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR