Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak etdi

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak etdi
19:33 17 Fevral 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci ilin fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.

Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR