Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı
20:57 17 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 694 nəfərə çatıb, onlardan 3-ü dünyasını dəyişib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.
“Çin hökuməti koronavirusa 70 635 yoluxma halı, o cümlədən 1 772 ölüm halı haqqında məlumat verib. Son 24 saat ərzində Çin hökuməti klinik və laboratoriya üsulu ilə təsdiqlənmiş 2 051 yeni yoluxma halı barədə bildirib. Çin hüdudlarından kənarda ÜST 25 ölkədə 694 yoluxma halı və üç ölən haqqında məlumat alıb”, - baş direktor deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinden-kenarda-koronavirusa-yoluxanlarin-sayi-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR