47 il əvvəl ABŞ-da itən üzük baxın hansı ölkədə tapıldı - FOTOLAR

47 il əvvəl ABŞ-da itən üzük baxın hansı ölkədə tapıldı - FOTOLAR
08:38 18 Fevral 2020
124 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oreqon ştatında yaşayan 63 yaşlı Debra Makkenanın 47 il əvvəl itirdiyi üzük Finlandiyada meşəlik ərazidə tapılıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Debra adlı xanıma üzüyü 1973-cü ildə sevgilisi verib. Lakin xanım üzüyü itirib. Üzük Finlandiyanın cənub-qərbindəki Kaarina qəsəbəsində meşəlik ərazidə təsadüfən metal detektor vasitəsiylə tapılıb.

Üzüyün üzərindəki hərflər vasitəsiylə onun ABŞ-da yaşayan şəxsə aid olduğu müəyyən edilib. Axtarışlardan sonra həmin şəxsin Debra adlı xanım olduğu üzə çıxıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/305293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR