Gəncədə marixuananı kartof kimi satırlar

Gəncədə marixuananı kartof kimi satırlar
14:18 17 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhər sakini 10 kiloqramdan artıq marixuananı satarkən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Orxan Novruzov 10 kiloqram 545 qram marixuananı satarkən tutulub.

Qeyd edək ki, O.Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR