"3-4 yaşımdaykən məni tualetdə döyürdü"

"3-4 yaşımdaykən məni tualetdə döyürdü"
10:27 18 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Türkiyəli aparıcı Burcu Əsmərsoy "YouTube"da yayımlanan verilişlərin birində ailəsində şiddət gördüyünü etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 5 yaşında atasının başqa bir ailəsi olduğu üçün anası ilə boşandığını bildirən aparıcı nənəsi və babası ilə böyüdüyünü bildirib:

"Anam da yenidən ailə qurduğu üçün 18 yaşıma kimi anama, xala deyirdim. Ögey atam çox möhtəşəm insan idi. Onun haqqını ödəyə bilmərəm, ancaq eyni şeyi anam haqqında deyə bilmirəm. Bir gün anama səhvən "ana" dediyim üçün mənə sillə vurdu".

B.Əsmərsoy atası tərəfindən daim şiddətə məruz qaldığını və qayğı görmədiyini bildirib:

"Atanla bağlı bi xatirəni danış deyəndə, ağlıma ancaq 3-4 yaşlarımda məni tualetdə döyməsini xatırlayıram. Onunla heç vaxt görüşmürdüm, bacımın təkidi ilə yanına getdim. Atamı xəstə görmək içimə hüzur gətirdi. Bacımla kobud danışdığını gördükdə isə ona "Səni belə pis vəziyyətdə gördüyüm üçün xoşbəxtəm. Allaha qarşı inancım artır".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR