Bakıda dəhşətli hadisə - Qadının yanmış meyiti tapıldı

Bakıda dəhşətli hadisə - Qadının yanmış meyiti tapıldı
10:48 18 Fevral 2020
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub.

Publika.az xəbər verir ki, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/305315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR