"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ

"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
11:03 18 Fevral 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.

Bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:

"Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır. Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək". (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/305316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR