Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs tutulub.

Metbuat.az xəbər verir ki, hadisə 2019-cu ilin sentyabr ayının 28-də, Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Əsədova məxsus avtomobildən oğurluq edib.

Daha sonra N.Əsədov hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsi əkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.Səmədov müəyyən olunraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR