“Mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbir keçirildi -

Fevralin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Boladi kənd məscidində “Mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarlaişin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran ŞİH –in Boladi kənd inizibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Hüseynov, Boladi kənd məscidi dini icmasının sədri ƏləkbərMəmmədov, Boladi kəndi Seyidoba məhəllə məscidi dini icmasının sədri Zamin Məmmədov, kənd ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak edib.

Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğ edilməsinin vacibliyi vurğulanıb. Dini dəyərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən natiqlər bu baxımdan din xadimi və dindarların üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR