Ata onu döyən oğlunu odlu silahla qətlə yetirdi

Ata onu döyən oğlunu odlu silahla qətlə yetirdi
11:17 18 Fevral 2020
339 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Trabzon şəhərində ata oğlunu odlu silahla qətlə yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Trabzonun Tonya rayonunda baş verib. İshak Zaman adlı şəxslə oğlu Ali Zaman arasında mübahisə olub. Mübahisə böyüyüb və oğul atasını döyməyə başlayıb. Bu zaman İshak Zaman silaha əl ataraq oğlunu tapança ilə vurub.

Qonşuların polisə xəbər verməsindən sonra hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə yollanıb. Güllə yarası alan Ali Zaman hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR