“Bandotdel” Balakəndə əməliyyat keçirdi

“Bandotdel” Balakəndə əməliyyat keçirdi
12:53 18 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

Balakən rayon sakinindən silah götürülüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/305327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR