Banqkokda naməlum şəxsin atəşi qadını öldürdü

Banqkokda naməlum şəxsin atəşi qadını öldürdü
14:57 18 Fevral 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Banqkokdakı “Century Movies Plaza” Ticarət Mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.
“Report” “Khaosod English”ə istinadən xəbər verir ki, ticarət mərkəzində fəaliyyət göstərən gözəllik klinikasının qarşısında baş verən hadisədə klinikanın işçisi olan 28 yaşlı qadın dünyasını dəyişib, mühafizəçi isə xəsarət alıb.
Hadisə yerində araşdırma aparan polisin bildirdiyinə görə, ölən qadının sevgilisi olan həmin şəxs qısqanclıq zəminində rəfiqəsinə atəş açaraq hadisə yerindən dərhal uzaqlaşıb. Polis qatili axtarır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/banqkokda-namelum-sexsin-atesi-qadini-oldurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR