Ata ağlayan körpəsini ütü ilə öldürdü, torbaya qoyub küçəyə atdı

Ata ağlayan körpəsini ütü ilə öldürdü, torbaya qoyub küçəyə atdı
16:05 18 Fevral 2020
289 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Samara vilayətində ata dörd aylıq qızını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi xəbər yayıb.

Uşağın cəsədi küçədə bağlamanın içində tapılıb. Tibbi ekspertiza zamanı körpənin başından aldığı zərbə nəticəsində öldüyü məlum olub.

İstintaq prosesində 34 yaşlı ata evə sərxoş vəziyyətdə gəldiyini və ağlayan uşağı sakitləşdirmək üçün qucağına götürərək silkələdiyini deyib.

Onun ifadəsinə görə, körpə arada əlindən yerə düşüb və o, yenidən uşağı götürərək silkələməyə davam edib.

İstintaq materiallarından məlum olub ki, kişi ağlamağı kəsməyən qızının başına ütü ilə zərbə endirib. Bu zaman uşağın anası mətbəxdə əri üçün yemək hazırlayıb. Uşağa həkim çağırılmayıb. Anası səhər körpənin öldüyünü başa düşüb. Bu zaman uşağın atası körpənin meyitini torbaya qoyaraq küçəyə atıb.

Qeyd edilir ki, ölən uşağın anasının analıq hüququndan məhrum edildiyi üç övladı var. Atası isə spirtli içki aludəçisidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR