MSK daha bir məntəqənin nəticələrini LƏĞV ETDİ

MSK daha bir məntəqənin nəticələrini LƏĞV ETDİ
16:33 18 Fevral 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nətciəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillər təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR