Mikayıl Cabbarov: "Prezidentin son sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir"

Mikayıl Cabbarov: "Prezidentin son sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir"
14:22 17 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

“Təhsil sisteminin gücü bu sistemdə çalışan müəllimlərin gücündən asılıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Cabbarov prezident İlham Əliyevin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə imzaladığı sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb.

Təhsil naziri qeyd edib ki, kənd məktəblərində vakansiyalarının sayında azalma müşahidə olunub: “Azərbaycanın ucqar kəndlərində çalışan müəllimlərin əmək haqlarında və əlavə ödənişlərində irəliləyişlər var”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR