Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - VİDEO

Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - VİDEO
17:58 18 Fevral 2020
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47-ci kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/305373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR