Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO

Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO
18:12 18 Fevral 2020
279 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Afyonkarahisar vilayətində bir həftə əvvəl itkin düşən qadının meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb.

Belə ki, iki uşaq anası D.S. fevralın 11-də işdən çıxandan sonra itkin düşüb. Qohumlarının müraciəti əsasında polis araşdırma aparıb. Nəticədə, qadının meyiti bir həftə sonra yarısı yanmış vəziyyətdə şossenin yanındakı çuxurda tapılıb.

Məlum olub ki, sevgilisi A.C. ondan ayrılmaq istəyən D.S.-nı bıçaqlayaraq öldürüb. Daha sonra o, tanınmaması üçün cəsədi yandırıb.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR