Əşrəf Qani yenidən prezident seçildi

Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani rəsmi olaraq prezident seçkilərinin qalibi elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Müstəqil Seçki Komissiyasının sədri Hava Alam Nuristani keçirdiyi mətbuat konfransında məlumat verib. Belə ki, Əşraf Qani seçicilərin 50.64% səsini toplayıb. Qeyd olunub ki, ölkənin səs vermək hüququ olan və seçki məntəqələrinə gələn 923 mindən çox ölkə vətəndaşı ona səs verib.

İkinci yerdə 39,52% səslə ölkənin baş naziri Abdullah Abdullah, 3,85% nəticə ilə keçmiş baş nazir və Əfqan mücahidlərinin keçmiş lideri Gülbuddin Hekmatyar qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR