Koronavirus Türkiyənin yerli avtomobilini də “vurdu”

Koronavirus Türkiyənin yerli avtomobilini də “vurdu”
21:57 18 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Mobil Dünya Konqresi-2020-nin (MWC-2020) ləğv edilməsi Türkiyənin yerli avtomobili üçün nəzərdə tutulan qlobal başlanğıc planlarını suya düşürüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Türkiyənin Avtomobili Təşəbbüs Qrupunun (TOGG) imza atdığı yerli avtomobil layihəsi dünyanın ən böyük texnologiya sərgilərindən olan MWC-2020-də sərgilənəcəkdi. Ancaq MWC-2020-nin koronavirus təhlükəsindən dolayı ləğv edilməsi bu qlobal təqdimatın üstündən xətt çəkib.

Hələlik TOGG-dan bu barədə hansısa rəsmi açıqlama verilməyib. Ancaq Türkiyənin yerli avtomobil modelinin mütləq başqa bir sərgidə qlobal bazar üçün canlı olaraq təqdimi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR