Neftçalada inək qəzaya səbəb oldu, xəsarət alan var

Neftçalada inək qəzaya səbəb oldu, xəsarət alan var
23:17 18 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Mayak kənd sakini Famil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil yola inək çıxıb. Bu zaman avtomobil heyvanı vurub. Nəticədə inək ölüb, sürücü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-inek-qezaya-sebeb-oldu-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR