Erməni ordusundan şok etiraf - Hər 3 gündə...

Erməni ordusundan şok etiraf - Hər 3 gündə...
08:28 19 Fevral 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb.

Xatırladaq ki, hərbi qulluqçuların öldürülməsi son günlər ölkədə geniş ictimai rezonans doğurub. Bir sıra hallarda ölənlərin yaxınları küçələri və prospektləri bağlayıblar, habelə etiraz aksiyaları keçirərək paytaxta yürüş təşkil ediblər.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/305409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR