Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var
08:37 19 Fevral 2020
179 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Kayseri-Malatya avtomobil yolunun 141-ci kilometrində baş verib. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR