"Brent" markalı neftin qiyməti 58 dolları ötüb

"Brent" markalı neftin qiyməti 58 dolları ötüb
08:57 19 Fevral 2020
239 Dünya
Ölkə mətbuatı
A- A+

"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 19-ü saat 07:05 (GMT+4) üçün 0,5 faiz artaraq 58,05 dollar/barel təşkil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, son dəfə "Brent" markalı neftin bir barrelinin qiyməti 58 dolları yanvarın 31-i keçib.

Bildirilir ki, saat 07:11 sessiyasında isə "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti bir qədərdə artaraq 58,22 dollar/barrel təşkil edib.

"WTI" markalı neftin də qiyməti artıb. Saat 07:11 üçün onun qiyməti 0,7 faiz artaraq 52,64 dollar/barrel təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR