Türkiyədə baş verən güclü zəlzələ anı kameraya düşdü -

Türkiyədə ötən gün rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, güclü zəlzələ anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Zəlzələnin episentri Manisa vilayətində yerin 12 kilometr dərinliyində qeydə alınıb.

Bəzi dairələr yeraltı təkanların gücünün 4,9 bal olduğunu açıqlayıb. Məlumata görə, yeraltı təkanlar Bursa və İzmir şəhərlərində də hiss edilib.

Səlahiyyətli şəxslərin açıqlamasına görə, dağıntı və tələfat baş verməyib.(Baku.ws)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR