Renat Dadaşovdan 3 illik müqavilə - "Vulverhempton"da debütə hazırlaşır

Renat Dadaşovdan 3 illik müqavilə - "Vulverhempton"da debütə hazırlaşır
11:52 19 Fevral 2020
204 İdman
Ölkə mətbuatı
A- A+

Renat Dadaşov "Vulverhempton"un əsas komandasında debütə hazırlaşır.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatı 20 yaşlı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində "Espanyol"la qarşılaşmada meydana çıxacağını yazıb.

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu Premyer Liqanın oyunlarına görə, əsas heyətin üzvlərinə istirahət verəcək. Bu səbəbdən də Renat Dadaşovun oyunun gedişində meydana buraxılacağı gözlənilir.

Bundan əlavə, Renat Dadaşov yeni sponsorluq anlaşması bağlayıb. Azərbaycan millisinin üzvü "Adidas" şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, yeni butslar satışa çıxarılanda Renata ən azı 3 dəst veriləcək. Futbolçuya xüsusi büdcə ayrılıb və o, dünyanın istənilən "Adidas" mağazasından idman dəsti və butsı ala biləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR