Neymar PSJ-ni günahlandırır - "Qorxdular"

Neymar PSJ-ni günahlandırır - "Qorxdular"
12:17 19 Fevral 2020
195 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Borussiya"ya 1:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra klubu tənqid edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu formada olmadığı üçün komandanın həkimini günahlandırıb: "Ardıcıl 4 görüşdə oynamamaq çətin idi. Amma seçim mənə aid deyildi. Bu, klubun, həkimlərin qərarıdır. Çox danışdıq. Özümü yaxşı hiss edir, oynamaq istəyirdim, ancaq klub qorxdu. Bu amil çıxışıma təsir etdi".

Neymar Dortmunddakı qarşılaşmaya qədər Fransa çempionatında 3, ölkə kubokunda isə 1 oyunu meydandan kənardan izləmişdi.

PSJ və "Borussiya" arasındakı cavab matçı martın 11-də Parisdə baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR