Əli Abbasov: “Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı 398-ə çatıb”

14:27 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:25 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda “Elektron hökumət” portalına qoşulan qurumların sayı il ərzində 6 qurum artaraq 46-ya, Nazirlər Kabineti tərəfindən təsdiq olunan xidmətlərdən portala inteqrasiya olunanların sayı 37 ədəd artaraq 322-yə çatıb.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə “Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı isə 114 ədəd artaraq 398-ə çatıb: “2014-cü il ərzində elektron xidmətlərdən istifadə sayı 1 milyondan  6,7 milyona qədər artıb, e-hökumət portalına daxil olan istifadəçilərin sayı isə 0,8 milyon nəfər artaraq 1,14 milyon nəfəri ötüb”.

 

Nazir bildirib ki, əhaliyə verilmiş e-imzaların sayı 10 941 ədəd artırılaraq 28 579 ədədə çatdırılıb: “ASAN” imza ilə birlikdə əhaliyə verilmiş e-imzaların sayı isə 140 mini ötüb. Hesabat dövründə “Mobil hökumət” texnologiyasının tətbiqi məqsədilə “Elektron hökumət” portalının mobil tətbiqi hazırlanıb və 10 e-xidmət daxil edilib.

 

Ə. Abbasov deyib ki, bu il xidmətlərin sayının 40-a çatdırılmasının nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR