Obyektə "Molotov kokteyli" atan azərbaycanlı... - VİDEO

Obyektə "Molotov kokteyli" atan azərbaycanlı... - VİDEO
14:32 19 Fevral 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Uşak bölgəsində Yusif Ərtoğrula aid şirniyyat evinə "Molotov kokteyli" ilə hücum təşkil edilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, hücumla bağlı polis araşdırmaya başlayıb. Nəticədə iş yerinin sahibinin qardaşı və onun Əlzəm adlı Azərbaycan əsilli dostu saxlanılıb.

Məlumata görə, fevralın 13-də, gecə vaxtı 2 nəfər Mimarsinan küçəsindəki şirniyyat evinə və onun qarşısında dayanan 64 DK 844 nömrəli yük avtomobilinə hücum edib.

Nəticədə iş yerinə və avtomobilə ciddi ziyan dəyib.

İstintaq zamanı məlum olub ki, Y.Ərtoğrul bir müddət öncə qardaşı Bülənd Ərtoğrulun bıçaqlı hücumuna məruz qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/827112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR