İranda 2 nəfərdə koronavirus aşkarlandı

İranda 2 nəfərdə koronavirus aşkarlandı
14:33 19 Fevral 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

İranın Qum vilayətində iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilk analizlərin nəticələri müsbət elan olunub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün növbəti analizlər aparılmaqdadır.

Cahanpur əlavə edib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və şübhəli bilinən şəxslər karantinə alınıb.

Nazirlik rəsmisi şübhəli halların çoxunun qrip olduğunu deyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR