Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir

Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir
14:52 19 Fevral 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.
“Report” “News.am”a istinadən xəbər verir ki, irəli sürülən təklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılması ilə bağlıdır.
Qeyd olunub ki, Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var.
Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/pasinyan-bu-herbcilerin-isden-cixarilmasini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR