Yazırlar ki, indiki səviyyəyə həyat yoldaşımın sayəsində çatmışam - Mübariz Mənsimov

Yazırlar ki, indiki səviyyəyə həyat yoldaşımın sayəsində çatmışam - Mübariz Mənsimov
15:08 19 Fevral 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Yenidən 90-cı illərə qayıtdıq. 30 il əvvəl də eyni gəmidə işlədik, indi də tale bizim yollarımızı kəsişdirdi. O vaxtlar mən gəmidə aşbaz, o isə, motorçu idi.

Publika.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətin köhnə dostu Şahinlə görüşü barədə sosial şəbəkədəki paylaşımında qeyd edib.

İş adamı paylaşımında özü barədə yazılan məlumatlara da münasibət bildirib.

"Mənim gəmilərdə aşbaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam. Birincisi, heç vaxt aşbaz işləməyimdən utanmamışam və bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, Palmali ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik. Millətin cibinə girmədik, oğurluq etmədik. Vətənimin, xalqımın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq.

Mən gəldiyim yeri bildiyim kimi, getdiyim yeri də çox gözəl bilirəm. O yerlərə şərəfsizləri buraxmırlar. Bunu da biləsiniz".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/305457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR