Gəncədə yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Gəncədə yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
15:27 19 Fevral 2020
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhəri ərazisində baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 18-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR