Bu dairə üzrə 2 məntəqədə nəticələr LƏV EDİLDİ

Bu dairə üzrə 2 məntəqədə nəticələr LƏV EDİLDİ
17:33 19 Fevral 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş Seçki Dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.

Publika.az xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş Seçki Dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub.

Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR