Gəncədə poçtdan oğurluğun qarşısı alınıb

14:27 17 Yanvar 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:23 ]


Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində poçtdan oğurluğun qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 06 radələrində Gəncə şəhərinin Ozan küçəsində yerləşən “Azərpoçt” MMC-dən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəhər sakini Anar Qurbanov Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs Nizami (Gəncə) Rayon Polis İdarəsinə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR