Türkiyədə hər kəs bu uşaqdan danışır - VİDEO

Türkiyədə hər kəs bu uşaqdan danışır - VİDEO
19:57 19 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Türkiyədə 10 yaşlı Atakan adlı uşaq hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Fethi Çağıl adlı sosial şəbəkə istifadəçisi Atakanla bağlı paylaşım edib. O, bildirib ki, oğlan 5 ay içində 250 kitab oxuyub.

Fethinin paylaşdığı videoda Atakan oxuduğu kitablardan bəhs edir. yaşına uyğun olmayan kitablar oxuyan Atakan özündənəmin davranışları ilə də diqqət çəkib.

Görüntüləri gündəm olan Fethi Çağıl "10 yaşındaki Atakan ilə kitablara baxarkən tanış oldum. 2 saata yaxın söhbət etdik. 5 ayda 250 kitab oxuyub. Ona heyran qaldım. Aristotel, Jan Jak Russodan danışdıq" deyə, bildirib.

Kasıb bir ailədə doğulan Atakan adi məktəblərdən birinə gedir. Sosial şəbəkədə onun özəl məktəbə getməsi üçün yardım kampaniyasına başlayıblar.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR